AZ

“Sabah”ın fəallığı gözləntilər artır

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Yay transfer çalışmaları aparan “Sabah” son bir gündə 3 keçidi açıqlayıb. “Bayquşlar” əvvəlcə polşalı müdafiəçi Tomaş Puxaçı, daha sonra isə yarımmüdafiəçilər Aaron Maluda və Aleksey İsayevin transferini tamamlayıb.

Yay dönəminin aktivlərindən hesab edilən və Avropanın ortabab klublarından transferlərlə gündəmə gələn “Sabah” dəyərini artırıb. 14,75 milyon avroluq komanda quran “bayquşlar” çempionatın ən dəyərli ikinci klubudur. Birinci sırada isə “Qarabağ”dır – 24,03 milyon avro.

Premyer Liqada çempionluğa namizədlərdən göstərilən “Sabah”da müdafiə və yarımmüdafiədə rəqabət yaradılıb. Hücumda əsas yük Pavol Şafrankonun üzərində olacaq. Ehtiyat oyunçu Kupuşoviç ümidləri doğrultmasa da, rəqib meydançasında hərəkətli oyunu ilə müdafiəçilərin diqqətini çəkməyi bacarır. “Sabah”ın hücum xəttində Cesse Sekidika, Coy-Lens Mikels kimi qol duyumu yüksək oyunçular var.

“Sabah” Premyer Liqada 3 turdan sonra 2 oyun keçirib və 1 qələbəsi var. “Qarabağ”la birinci turun oyunu ləğv olunub. Sonuncu turda azarkeşləri qarşısında gözlənilmədən debütant “İmişli”yə uduzan “bayquşlar” iddiasını göstərmək üçün belə xal itkilərinə yol verməməlidir.

Mövsümün startıdır və itirilən xallar qarşıdakı matçlarda kompensasiya edilə bilər. Hər bir halda, vacib məqam baş məşqçi Valdas Dambrauskasın oyun sistemini komandaya tam aşılaya bilməsidir.

Növbəti oyun səfərdə “Neftçi”yə qarşı olacaq. Paytaxt təmsilçisi hələ qələbə qazana bilməyib və “Sabah”la görüş onlarçün dönüş matçı kimidir. Dambrauskasın kollektivinin indiki məqamda real gücü məhz “Neftçi” ilə oyunda bəlli olacaq.

Sentyabrın 14-də keçiriləcək “Neftçi” – “Sabah” oyununa saat 19:00-da start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
futbolpress.az

1Mənbələr