AZ

Şəhid ailələrinin uğuru hamının sevincidir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2025-ci ildə ali məktəblərə qəbul olmuş şəhid övladları ilə görüşüb.

Görüşdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun övladı - Cəbrayılov Rahim, 3-cü dərəcəli "Vətənə Xidmətə Görə" ordeni ilə təltif olunmuş şəhid Ağayev Ramilin övladı Ağazadə Zəhra, həmçinin 3-cü dərəcəli "Rəşadət" ordenli şəhid Zakirov Elvinin övladı Zakirova Yağmur iştirak ediblər.

Zakir Fərəcov şəhid övladlarını təbrik edib, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, dövlətimizin başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, şəhid ailələrinə, qazilərə və onların övladlarına xüsusi diqqət göstərilir. Sumqayıtda şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların övladlarının cəmiyyətə faydalı vətəndaş kimi formalaşması üçün gələcəkdə də bütün zəruri dəstək göstəriləcək.

Şəhid övladları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə  və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Akif ƏLİYEV,

"Azərbaycan"

Seçilən
28
4
azerbaijan-news.az

5Mənbələr