AZ

Hindistanın Rusiya ilə hərbi  sahədə əməkdaşlığı Vaşinqtonu qayğılandıran amillərdəndir

Hindistanın

Hindistanın Rusiya ilə hərbi texniki sahədə əməkdaşlığı, onun hərbi sənaye kompleksinin Rus silahlarının idxalına olan sifarişləri də Vaşinqtonu qayğılandıran amillərdəndir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov Hindistanın Rusiya neftinə marağının artmasının ABŞ-ın narahatlığına səbəbinə münasibətində deyib.

"Nəhayət, Hindistanın Ümumdünya Daxili Məhsulunun əldə edilməsində artmaqda olan çəkisi, onun demoqrafik göstəriciləri dünya hegemonluğu iddialarından mübarizəsiz imtina etmək fikrində olmayan ABŞ-ın diqqətindən kənarda deyil. Lakin, ABŞ Cənub -Şərqi Asiya regionunda Çinin mövqelərinin möhkəmlənməsinə yol verməmək üçün Hindistan və Çin arasında münasibətlərdə gərginliyin zəiflədilməsində maraqlı deyil. Bunu Moskva da bilir və məhz onun vasitəçilik səyləri ilə Çin və Hindistan araslnda keçən əstin 60-cı illərinin əvvəllərin etibarən gərginləşməkdə olan münasibətlərdə gərginlik son vaxtlar əhəmiyyətli şəkildə səngiyib. Bunu Hindistanın baş naziri Mondinin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən tədbirlərə qatılması da göstərdi" - politoloq deyib.

Cavid

Seçilən
4
1
xalqcebhesi.az

2Mənbələr