AZ

Monqolustanın ikinci regionu bubon taunla əlaqədar məhdudiyyətlər tətbiq edib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Monqolustanın Xovd bölgəsinin rəhbərliyi bubon taununa yoluxma halları ilə bağlı şübhələr səbəbindən kütləvi tədbirlərə müvəqqəti məhdudiyyətlər qoyub və məktəblərdə distant tədris həyata keçirmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə region administrasiyası məlumat verib.

“Əyalətimizin Bulqan qəsəbəsində taun əlamətləri olan xəstəlik halları aşkar edilib. Bununla əlaqədar əyalət qubernatoru kütləvi tədbirlərə müvəqqəti qadağa qoyulması və məktəblərin məsafədən tədris formatına keçirilməsi barədə göstəriş verib. Taunun yayılmasının qarşısını almaq üçün dezinfeksiya və profilaktik tədbirlər görülür”, – deyə yerli administrasiyadan bildirilib.

Bundan əvvəl mətbuata məlumat verən Xubsuqol bölgəsinin fövqəladə hallar komissiyası Muren və Tsagaan-Uul yaşayış məntəqələrində vətəndaşların hərəkətinə, nəqliyyatın giriş-çıxışına qoyulan qadağanın uzadıldığını açıqlamışdı. Tauna ilk yoluxma halı vəfat etmiş bir sakindən məhz bu ərazilərdən qeydə alınıb.

Bundan əlavə, bölgədə bazarların, ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərinin fəaliyyəti və spirtli içkilərin satışı da məhdudlaşdırılıb.

12 sentyabr tarixinə olan məlumata görə, tauna yoluxmuş üç nəfərlə təmasda olmuş 110 nəfər həkim müşahidəsi altındadır. Səhiyyə xidmətinin məlumatına əsasən, 2025-ci ilin avqust ayına olan statistikaya görə, Monqolustanın 17 bölgəsində yerləşən 130 yaşayış məntəqəsində bubon taunu ocaqları qeydə alınıb. 2014–2024-cü illər arasında 20 nəfər bu xəstəliyə yoluxub, onlardan 9-u həyatını itirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
bizimyol.info

1Mənbələr