Formula 1 Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq.
Sportinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, bu, hər il qəbul edilən qərardır:
“Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır.
Formula 1 Gəncədə keçirilmədiyi üçün dərslərin onlayn olması Gəncə Dövlət Universitetinə niyə şamil olunmalıdır?
Azərbaycan Dövlət İqtisad Universitetinə bu məsələ şamil oluna bilər. Eyni zamanda, 6, 132-134 nömrəli məktəblərə bu qərar şamil olunacaq”.