AZ

Gündüz Formula-1, axşam açıq yolar

Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Azərbaycan Qran-prisində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

Bakı Şəhər Halqasından verilən məlumata görə, şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək.

Beləliklə, sentyabrın 15–17-də səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, sentyabrın 18-də isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Məlumatda qeyd olunub ki, bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
2
1
xalqqazeti.az

10Mənbələr