AZ

Milli Məclisin sədri İsrailin yeni səfiri ilə görüşüb

Sentyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

Həmçinin ölkələrimiz və xalqlarımız arasında dost münasibətlərin bir göstəricisi kimi insanlar arasındakı əlaqələrin önəmi qeyd edilib. Vurğulanıb ki, multikultural və tolerant bir ölkə olan Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də yaşayırlar. Eyni zamanda İsraildə fəaliyyət göstərən Azərbaycan icması, o cümlədən bu ölkədə yaşayan yəhudiəsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rolu qeyd edilib.

XQ

Seçilən
2
27
xalqqazeti.az

10Mənbələr