AZ

NATO PA nın 160 a yaxın nümayəndə və eksperti Ermənistana səfər edəcək

ain.az bildirir, Sherg.az portalına istinadən.

NATO Parlament Assambleyasının 160-a yaxın nümayəndəsi, beynəlxalq və yerli ekspertlər, qeyri-hökumət təşkilatlarının və diplomatik korpusun nümayəndələri Ermənistana səfər edəcək.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası sədrinin bəyanatında deyilir.

Səfərdə məqsəd 108-ci "Rose-Roth" seminarında iştirak etməkdir.

Qeyd olunur ki, nümayəndə heyəti sentyabrın 22-dən 23-dək Ermənistanda olacaq. Qonaqları Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədri Andranik Köçəryan qarşılayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
sherg.az

3Mənbələr