AZ

Fransada etiraz aksiyalarında 675 nəfər saxlanıldı

Fransada Prezident Emmanuel Makronun əleyhinə keçirilən etiraz aksiyalarında 675 nəfər saxlanılıb. Metbuat.az xəbər verir ki, Fransua Bayrou hökumətinin süqutundan sonra Sebastien Lecornu yeni baş nazir təyin edilib. Ardınca ölkədə Makronun siyasətinin əleyhinə etiraz aksiyaları başlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 850 ərazidə keçirilən etiraz aksiyalarında 200 minə yaxın insan iştirak edib. “Hər şeyi dayandıraq” şüarı ilə təşkil olunan etiraz aksiyaları zamanı 211-i Parisdə olmaqla 65 nümayişçi saxlanılıb.

Etirazlar paytaxt Parislə yanaşı Lion və Renn şəhərlərində zorakılıqla yadda qalıb.

Seçilən
41
metbuat.az

1Mənbələr