AZ

Qazinin inanılmaz sağ qalma hekayəsi: Ermənilərin qorxulu yuxusuna çevrilmişdi

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

İkinci Qarabağ müharibəsində qəhrəmanlığı ilə seçilən igidlərimizdən biri də Vətən müharibəsi qazisi Famil Fərəcovdur.

O, Baku TV-yə verdiyi müsahibəsində döyüş yolundan və yaşadığı unudulmaz anlardan danışıb.

F.Fərəcov bildirir ki, sentyabr döyüşləri başlayan andan etibarən qarşıya qoyulan vəzifə işğaldan azad olunmuş torpaqların geri qaytarılması olub:

"Sentyabr hadisələrində 30 il həsrətində olduğumuz torpaqların geri qaytarılması üçün bizə tapşırıqlar verildi. Biz də Cəbrayıldan başladıq, Şuşaya qədər döyüşə-döyüşə getdik".

Qazi ən çətin anlarından birini belə xatırlayır:

"Bir səngər var idi, dərinliyi dizə qədər idi. Orada nə uzanmaq olurdu, nə də gizlənməyə yer vardı. Dizi üstə oturub atış edirdim. Snayperlərlə birlikdə düşmən əsgərlərini məhv edirdik. Həmin vaxt artilleriya mərmisi düz mənim yanımda partlamaq üzrə idi. Qaçacaq yerim yox idi. Gözlərimi yumdum, 41 illik ömrümdə yaşadıqlarım bir lent kimi gözümün önündən keçdi. O an düşündüm ki, şəhadət gəldi, artıq getmək vaxtıdır".

Amma mərmi partlamadı.

Həmin məqamda F.Fərəcov bir həqiqəti dərk etdiyini deyir:

"Onda bir anlıq tam əmin oldum ki, insanın əcəli Allahın əlindədir və sənin nə zaman vaxtının çatacağını yalnız o bilir".

Qazi vurğulayıb ki, həyatının ən böyük qüruru işğaldan azad olunan torpaqlarda döyüşməkdir:

"30 il həsrətində olduğumuz torpaqları geri qaytarmaq böyük işdir. Gəncliyimi orduya həsr etmişəm. Bu dəqiqə də Vətən üçün canımı fəda etməyə hazıram".

Ətraflı süjetdə:

Qazinin inanılmaz sağ qalma hekayəsi: Ermənilərin qorxulu yuxusuna çevrilmişdi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
7
oxu.az

8Mənbələr