AZ

Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti keçiriləcək

Qətərin paytaxtı Dohada ərəb və islam ölkələrinin fövqəladə sammiti təşkil ediləcək.

Day.Az Qətər Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Qətərdə sammitə hazırlıq məqsədilə xarici işlər nazirlərinin iclası olacaq.

Sentyabrın 14-ü və 15-də isə sammit keçiriləcək. Tədbirin əsas mövzusu İsrailin Qətərə raket hücumunun müzakirəsidir.

Qeyd edək ki, İsrail sentyabrın 9-da Qətərdə HƏMAS-ın siyasi bürosunun bir neçə üzvünün məskunlaşdığı mənzilləri hədəfə alıb. Hücum nəticəsində qruplaşmanın 5 üzvü və Qətərin təhlükəsizlik idarəsinin əməkdaşı həlak olub.

Seçilən
13
8
day.az

10Mənbələr