AZ

ABŞ-dən Hindistana ŞƏRT- Rusiya neftindən imtina, əvəzində ticarət sazişi

ABŞ Hindistanla ticarət sazişi bağlamağı Hindistanın Rusiyadan neft alışını dayandırmasından sonra nəzərdən keçirə bilər.

BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ-nin ticarət naziri Qovard Latnik CNBC-yə verdiyi müsahibəsində bildirib.

Latnikin sözlərinə görə, Hindistanın bazarını açması və Rusiyadan neft alışını dayandırması vacibdir:

"Hindistanın öz bazarını açması və Rusiyadan neft almağı dayandırması lazımdır. Mən hesab edirəm ki, bütün məsələlər həmin addımlar atıldıqdan sonra həllini tapacaq", – deyə nazir vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft alan Hindistan məhsullarına əlavə 25% gömrük rüsumu tətbiq etmişdi. Bununla da Hindistandan idxal olunan məhsullara tətbiq olunan tariflərin ümumi miqdarı 50%-ə çatdırılıb. Tramp Hindistanın Rusiyadan neft almağa davam etmək qərarından narazı qalmışdı.

Eyni zamanda, Hindistanın Rusiyadan neft alışı təkcə iqtisadi deyil, strateji səbəblərlə də izah olunur. Hindistan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üzvü kimi Rusiyaya yaxın əlaqələrini qoruyur və enerji təminatında müəyyən öhdəliklər səbəbindən Rusiyadan neft almağa məcbur qalır. Bu, Hindistan üçün enerji təhlükəsizliyinin təminatı baxımından vacibdir, çünki ölkənin sürətlə artan enerji tələbatı yalnız daxili və digər mənbələrdən qarşılanmaqda çətinlik çəkir.

Analitiklər bildirirlər ki, Hindistanın bu siyasəti həm ABŞ-la ticarət sazişlərinin perspektivinə, həm də beynəlxalq enerji bazarlarına təsir göstərə bilər. Rusiyadan neft alışı davam etdiyi müddətdə Hindistan üçün ticarət və tarif münaqişələri, eləcə də diplomatik gərginliklər qaçılmazdır.

Seçilən
8
far.az

1Mənbələr