AZ

"Sabah" "Qarabağ"ın yarımmüdafiəçisini transfer etdi

“Qarabağ” futbolçusu Aleksey İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi “Sabah”la razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey “köhlən atlar”da iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.

Artıq “Sabah” da keçidi açıqlayıb. Oyunçu ilə 2 illik müqavilə bağlanıb.

Xatırladaq ki, İsayev ötən ilin yanvarında məhz 3,5 il çıxış etdiyi “Sabah”ı tərk edərək Ağdam klubuna keçmişdi. “Qarabağ” onun üşün təxminən yarım milyon avro ödəmişdi. Yarımmüdafiəçinin geriyə hansı şərtlərlə transfer olunduğu açıqlanmır.

Seçilən
16
11
operativmedia.az

10Mənbələr