AZ

"Şərur Regional Tibb Mərkəzi"nə yeni direktor təyin edildi

"Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsinin direktoru vəzifəsinə təyinat olub.

Paralel.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlham Müzəffər oğlu İsmayılov "Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İlham İsmayılov peşəcə həkim-uroloqdur.

Seçilən
9
9
paralel.az

10Mənbələr