AZ

ABŞ Yəmən husilərinə qarşı yeni sanksiya paketi tətbiq edir

ABŞ Yəmən husilərinə qarşı yeni sanksiya paketi tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yer alıb.

Qurumdan bildirilib ki, sanksiyalar husilərin vəsait toplamasının, qaçaqmalçılıqla məşğul olmasının və hücumlar həyata keçirməsinin qarşısını almaq üçün 32 fiziki və hüquqi şəxsə, həmçinin dörd gəmiyə qarşı tətbiq edilir.

Tramp administrasiyasından qeyd ediblər ki, bu, Vaşinqtonun İranla əlaqəli "Ənsar Allah" qruplaşmasına qarşı ən böyük əməliyyatıdır.
Seçilən
11
5
sherg.az

6Mənbələr