AZ

“Universitetlərdə plan yerləri dəyişməlidir, müasir ixtisaslara üstünlük verilməlidir”

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Müasir dövrün çağırışları və əmək bazarının dinamikası bizdən təhsil sistemində çevik və innovativ yanaşmalar tələb edir".

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib. O, qeyd edib ki, klassik ixtisaslar artıq tələbatı tam qarşılamır:

"Bu baxımdan mən təklif edirəm ki, növbəti yeni tədris ilindən etibarən ali məktəblərdə innovativ ixtisasların təşkili və inkişafı məsələsinə diqqət yetirilsin", deyə deputat qeyd edib.

Bəs klassik ixtisaslar dedikdə nələr nəzərdə tutulur? Bu ixtisasların bugünkü bazar tələblərinə cavab verməməsi nədən qaynaqlanır? İnnovativ ixtisaslar dedikdə konkret hansı sahələr nəzərdə tutulur?

Moderator.az bildirir ki, mövzu ilə bağlı təhsil ekpserti Elçin Əfəndi Musavat.com-a danışıb:

“Biz təhsil ekspertləri artıq 7-8 ildir ki, bu barədə çağırışlar edirik ki, müasir ixtisaslara daha çox üstünlük verməliyik. Əlbəttə, həmin ixtisaslar dövrün tələbinə uyğun ixtisaslar olmalıdır. Biz ənənəvi ixtisaslarda plan yerlərini azaltmalıyıq. Hazırda baxsaq, kifayət qədər pedaqoji ixtisaslardan kadr ehtiyatı var. Məsələn, hər il 9 min vakant yerə qarşı 60 min nəfər iştirak edir. Hər il də biz əmək bazarına 4-5 min pedaqoji ixtisasları bitirən şəxsləri buraxırıq.

Amma bunun əvəzinə daha çox kiber təhlükəsizlik mühəndisi, maliyyə meneceri, data mühəndisi, eyni zamanda yeni energetika mühəndisi, texnologiya mütəxəssisi hazırlamalıyıq. Həmçinin onlayn müəllim hazırlığı, robot müəllim hazırlığı kadrları, gen mühəndisi üzrə mütəxəssis, istedadlı şəxslərin müəyyənləşdirilməsi üzrə menecer, elektron ticarət üzrə mütəxəssis kimi sahələrdə də kadrlar yetişdirilməlidir.

Doğrudur, son dövrlərdə informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, daha doğrusu kompüter mühəndisliyi, data analitikası ixtisası üzrə kadrların hazırlığı üçün istiqamətlər açılıb. Lakin daha çox tələbə qəbulu həyata keçirməliyik. Bunun əvəzində isə əlbəttə ki, klassik ixtisaslar - tərcüməçilik üzrə ixtisaslar, xüsusən də ingilis, alman, rus və fransız dili tərcüməçiliyi, habelə statistika kimi sahələr - hansı ki, klassik ixtisaslardır, onların yerinə yeni innovativ ixtisaslar yaratmalıyıq və həmin ixtisaslara daha çox tələbə qəbul etməliyik.

Belə olan halda, əmək bazarında həm iş ehtiyacı aradan qalxar, konkret sahələr üzrə mütəxəssislər formalaşar, həm də dövr bizdən bunu tələb edir. Yəni, informasiya texnologiyaları ilə bağlı kadr hazırlığını genişləndirməliyik ki, gələcəkdə müxtəlif sferalarda daha müsbət irəliləyişlərə və nailiyyətlərə imza ata bilək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
moderator.az

10Mənbələr