AZ

Aqil Camal: "Qondarma təltiflərə qarşı işçi qrup yaradılmalıdır"

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onların təqdim edilməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, məsələ ictimai müzakirələr doğurub və QHT nümayəndələri də öz mövqelərini bildiriblər.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal qondarma təltiflərlə bağlı mövqeyini açıqlayıb. QHT rəhbəri bildirib ki, saxta orden və medalların təqdim edilməsi həm bəzi QHT-lər, həm də media adına çıxış edən subyektlər tərəfindən həyata keçirilir:

"Qondarma təltiflər həm bir sıra QHT-lər, həm də media adına iddia edən subyektlər tərəfindən həyata keçirilir. Hesab edirəm ki, bu məsələdə ciddi nəticə əldə etmək üçün hökumət qurumlarından, QHT və media təmsilçilərindən ibarət bir işçi qrup yaradılmalı, bu çərçivədə həm maarifləndirmə işləri görülməli, həm də qanunların tələbindən irəli gələn addımlar atılmalıdır".

Onun sözlərinə görə, bu addımlar həm ictimai etimadı gücləndirəcək, həm də sahədə şəffaflığın təmin olunmasına xidmət edəcək.

Seçilən
8
qht.az

1Mənbələr