AZ

“Turan Tovuz”dan yeni transfer

“Turan Tovuz” yeni transferini rəsmiləşdirib.

News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Xorxe Silvanı transfer edib. Son olaraq Sloveniya “Olimpiya”sının şərəfini qorumuş portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub. Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33,Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.

Seçilən
38
25
news24.az

10Mənbələr