AZ

Minimum nəticə göstərən musiqi müəllimləri işə bərpa oluna biləcək

Attestasiyadan minimal nəticə (5 komissiya üzvündən 2-si tərəfindən “uyğun” hesab edilən) göstərən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində xüsusi ixtisasartırma kursları təşkil edilib.

Mədəniyyət Nazirliyindən Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, onlar müəyyən müddət kurs keçdikdən sonra yenidən xüsusi müsabiqə əsasında imtahan verərək işə bərpa olunmaq imkanı qazanacaqlar.

“Attestasiyadan daha aşağı nəticə (4/1 və ya 5/0) göstərən müəllimlərin müraciəti əsasında sözügedən kurslarda iştirakına şərait yaradılsa da, onların xüsusi müsabiqədə iştirakı nəzərdə tutulmur. Habelə belə müəllimlərin təşkil ediləcək müəllimlərin ümumi işə qəbulu imtahanlarında iştirak etməsinə hər hansı məhdudiyyət qoyulmayıb”, - qeyd olunub.

Seçilən
9
10
qaziler.az

10Mənbələr