AZ

Tayson Fyurinin promouteri britaniyalının rinqə qayıdışından söz açıb

İkiqat ağır çəkidə dünya çempionu Tayson Fyurinin promouteri Frenk Uorren britaniyalının rinqə potensial qayıdışından danışıb.

Bu barədə İdman.biz iFL TV-yə istinadən bildirir.

"Fyuri 2026-cı ildə Coşua ilə döyüşəcəkmi? Bilmirəm. Əgər Tayson gələn il döyüşmək istəsə, o, qərar verəcək. İndi o, bu il döyüşmək fikrində deyil", - Uorren deyib.

Xatırladaq ki, peşəkar boksçu Fyuri karyerasının bitdiyini bu ilin yanvar ayında elan edib. Ötən ilin dekabrında baş tutan sonuncu döyüşündə britaniyalı ukraynalı Aleksandr Usikə uduzub.

Bundan əvvəl Entoni Coşua bir daha Fyuri ilə döyüşmək istədiyini açıqlayıb.

İdman.biz

Seçilən
3
1
idman.biz

2Mənbələr