“Kristal”ın “City Garden Narimanov” layihəsində həyata keçirilən “Premium” adlı stimullaşdırıcı lotereyası sentyabrın 1-i başa çatıb.
27 fevral – 1 sentyabr tarixlərini əhatə edən lotereyada layihədən mənzil və ya obyekt əldə edən hər bir şəxs iştirak hüququ qazanıb.
Lotereyanın nəticələri sentyabrın 11-i “City Garden Narimanov”un satış ofisində (Nərimanov rayonu, Xəzri küçəsi) keçirilən tədbirdə elan edilib. Qaliblər təsadüfi seçim yolu ilə müəyyən olunub və proses “Kristal”ın rəsmi sosial media hesablarında canlı yayımlanıb.
Ümumilikdə 28 iştirakçı müxtəlif hədiyyələrin sahibi olub:
1 nəfər “Porsche Taycan” elektromobili;
2 nəfər Maldiv adalarına 7 gecə, 8 günlük, 2 nəfərlik tətil paketi;
1 nəfər “City Garden Narimanov”da qaraj;
4 nəfər “iPhone 16 Pro”;
10 nəfər “Samsung 4K” televizor;
10 nəfər “Xiaomi 4 Lite” elektrikli skuter.
Qaliblərin siyahısı “Kristal”ın sosial media kanallarında paylaşılıb.
Ətraflı: *1544
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi.