AZ

"Microsoft"un baş meneceri: "Süni intellektin öz hüquqları olmamalıdır"

"Süni intellekt (AI) öz hüquq və istəklərinə iddia etməməlidir".

Oxu.Az-ın xəbərinə görə, bu fikirləri "Microsoft" korporasiyasının süni intellektin inkişafına cavabdeh olan bölməsinin rəhbəri Mustafa Süleyman "Wired" jurnalına müsahibəsində bildirib.

"Texnologiya öz iradəsi, motivasiyası və müstəqil istəklərinə malik olmaq üçün deyil, bizə xidmət etmək üçün lazımdır. Bu texnologiyalar (süni intellekt) insanlar üçün işləməlidir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, vəziyyət nəzarət altına alınmasa, o zaman tezliklə süni intellektin hüquqları uğrunda mübarizəyə başlayacaq insanlar tapılacaq. O, süni intellektin davranışı üçün aydın standartların və arzuolunmaz davranışlardan qorunma mexanizmlərinin işlənib hazırlanmasına çağırıb. Süleyman qeyd edib ki, süni intellekt hazırda öz şüuruna malik deyil, lakin bir çox insanlar səhvən ona insani keyfiyyətləri aid edə bilərlər.

O, süni intellekt texnologiyasının potensialını nüvə silahı, elektrik və atəşlə müqayisə edib və əlavə edib ki, süni intellektin nəzarətsiz inkişafı xaotik nəticələrə gətirib çıxara bilər.
Seçilən
3
1
sherg.az

2Mənbələr