AZ

Erməni nazir: Sülh quruculuğu diqqət, ehtiyatlılıq və ardıcıllıq tələb edən uzun prosesdir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Sülh quruculuğu diqqət, ehtiyatlılıq və ardıcıllıq tələb edən uzun prosesdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət üzvləri ilə Vaşinqton Bəyannaməsinin imzalanması və sülh müqaviləsinin paraflanması məsələsini müzakirə edərkən söyləyib.

Nazir Ermənistan-Azərbaycan əlaqələrindən danışaraq deyib: “Bu gün biz blokadanın aradan qaldırılması və sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla işləyirik. Amerikalı tərəfdaşlarla, xüsusən də birgə dəmir yolu və digər infrastruktur layihələri ilə bağlı müzakirələri davam etdiririk”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
5
azertag.az

6Mənbələr