AZ

Lavrov: Rusiya ABŞ la təmasda Fələstin İsrail nizamlanması məsələsini müzakirə edir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Rusiya Amerika Birləşmiş Ştatları ilə təmaslar çərçivəsində Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsini müzakirə edir və bu istiqamətdə olduqca narahatedici tendensiyalar müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoq iclasının yekunlarına dair mətbuat konfransında deyib.

“Bunlar çox ciddi narahatlıq doğuran tendensiyalardır və getdikcə artır. Qeyd etməliyəm ki, biz amerikalı həmkarlarımızla apardığımız dialoqlar zamanı bu məsələləri müzakirə edirik. Biz izah etməyə çalışırıq ki, fələstinlilər öz dövlətlərini qurmaq və həyatlarını bu dövlət üzərində formalaşdırmaq hüququndan – hansı ki, BMT səviyyəsində dəfələrlə vəd olunub – məhrum olduqları müddətcə, Yaxın Şərqdə sabitliyin bərpası mümkün deyil. Bu vəziyyət yalnız ekstremist əhval-ruhiyyənin artmasına səbəb olacaq”, – deyə Lavrov vurğulayıb.

Nazir əlavə edib ki, münaqişənin nizamlanması prosesini çıxılmaz vəziyyətdən çıxarmağa çalışmaq lazımdır. “Əgər indiki kimi davam etsə, biz İsrailin irəli sürdüyü – yəni Fələstin dövlətinə ehtiyac olmadığı fikri ilə barışmaq məcburiyyətində qala bilərik”, - deyib.

Lavrov, İsrailin “fələstinliləri məskunlaşdırmaq və Qəzza zolağında, etnik təmizləmə nəticəsində, İsrailin nəzarətində olan yeni bir struktur qurmaq” mövqeyini son dərəcə təhlükəli adlandırıb.

Rusiya xarici siyasət idarəsinin rəhbəri həmçinin diqqəti İordan çayının qərb sahilində Netanyahu hökumətinin yeni yəhudi qəsəbələri salmaqla bağlı “misli görünməmiş” qərarlarına çəkib.

“Əvvəllər bu bölgədə xəritə üzərində təcrid olunmuş nöqtələr kimi görünən ərazilər bu gün bir-biri ilə birləşərək geniş bir massivə çevrilir. Aldığım xəbərlərə görə, İsrailin bəzi dairələrində artıq İordan çayının qərb sahilində bir dövlət əvəzinə, bir və ya iki fələstinli bələdiyyə yaratmaq variantı müzakirə olunur”, – deyə nazir qeyd edib və bu meylləri son dərəcə narahatedici adlandırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr