Direktor seçimində sertifikatlaşdırma balı əsas götürüləcək.
Nazir qeyd edib ki, məktəbdəki müəllim keyfiyyəti sertifikatlaşma nəticəsində artır. Sertifikatlaşdırmanın nəticəsinə əsasən, ibtidai təhsil müəllimləri üzrə 4 min ətrafında təhsilverənin əmək fəaliyyətinə xitam verilib. Sertifikatlaşdırmadan uğurla keçən bəzi müəllimlərin maaşına 90 faizdən çox artım edilib.
“Vakant direktor vəzifələri təhsil müəssisələrinin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq. Şagird sayı 500-dək olan müəssisələrdə əvvəlcə həmin məktəbdə çalışan direktor müavinləri və müəllimlər dəyərləndiriləcək”, – deyə nazir bildirib.