AZ

Gürcüstanda Ukrayna vətəndaşları saxlanılıb

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, məlumatda sentyabrın 10-da Ukraynadan Rumıniya və Bolqarıstan ərazisi ilə hərəkət edən Ukrayna nömrəli “Mercedes-Benz” markalı yük avtomobili Türkiyə-Gürcüstan sərhədində Sarpi keçid məntəqəsindən ölkəyə daxil olub. “Onun saxlanması və yoxlaması nəticəsində avtomobilin əvvəlcədən gizli şəkildə hazırlanmış yerindən 2,4 kq “heksogen” partlayıcı maddə aşkar edilib. Biz ictimaiyyətə izah edirik ki, söhbət trotildən daha güclü maddədən gedir”, - Gürcüstan DTX-nin rəhbərinin müavini Laşa Maqradze keçirdiyi brifinqdə deyib. DTX bildirib ki, hələlik Gürcüstanın son təyinat yeri olduğu, yoxsa tranzit ərazi kimi istifadə edildiyi məlum deyil. İstintaq ələ keçirilən partlayıcı maddələrin son ünvanını müəyyənləşdirməkdə davam edəcək. - Ölkə ərazisində terror aktı hazırlanıb, Gürcüstandan tranzit dəhliz kimi istifadə edilib, yoxsa başqa məqsəd olub? Müvafiq şəkildə, saxlanılan şəxslərin əməllərinin hüquqi mahiyyəti aydınlaşdırılacaq, lazım gələrsə, ictimaiyyətə əlavə məlumat veriləcək”, - rəsmi bəyanatda vurğulanır. Gürcüstan DTX-nin məlumatına görə, partlayıcı maddə Ukrayna ərazisində avtomobilin sürücüsü olan Ukrayna vətəndaşı M.S-ə naməlum şəxs tərəfindən ötürülüb. Bu şəxs partlayıcı maddəni maskalanmış çəlləklərdə gizlədib və Gürcüstan sərhədini keçdikdən sonra yükün başqa şəxs tərəfindən götürülməli olduğunu söyləyib. Daha sonra sürücü ilə görüşərək şəlləklərdə gizlədilən partlayıcı maddəni qəbul edən digər Ukrayna vətəndaşı - D.J. saxlanılıb. Axtarışlar zamanı 8 mobil telefon, bir kompüter, elektron yaddaş qurğuları, xeyli miqdarda pul, müxtəlif xarici operatorların sim kartları, habelə narkotik vasitə olan “kokain” götürülüb. İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması və daşınmasını nəzərdə tutan 236-cı maddəsi üzrə aparılır. Bundan əlavə, axtarışlar zamanı götürülən narkotiklərlə bağlı saxlanılan şəxslərə qarşı 260-cı maddə ilə ittiham irəli sürüləcək. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azvision.az

2Mənbələr