Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində, axşam saatlarında baş verib. İmişli rayonundakı "Gəncə təndiri" mağazasının müdiri, rayon sakini, 1990-cı il təvəllüdlü Azər İsmayılzadə (ad və soyad şərtidir) sevgilisi ilə birlikdə Xankəndi şəhərinə istirahətə gedib. O, sevgilisi ilə birlikdə şəhər ərazisindəki restoranlardan birində şam yeməyi yeyib və hər iki şəxs həddindən artıq spirtli içki qəbul ediblər. Sahibkar və sevgilisi sərxoş vəziyyətdə restorandan çıxaraq şəhər ərazisində gəzməyə çıxıb. Bu vaxt onun sevgilisi küçədə oturaraq sərxoş vəziyyətdə qışqırıb səs-küy salmağa başlayıb. Qadın sərxoş olduğu üçün yeriyə bilməyib və yerə yıxılaraq qışqırmağa başlayıb. Bu zaman onun hərəkətlərinə əsəbləşən Azər İsmayılzadə də ərazidə səs-küy salıb.
Səs-küydən narahat olan həmin ərazidə yaşayan sakinlər polis əməkdaşlarına məlumat verib.
Hadisə yerinə gələn polis əməkdaşları hər iki şəxsi saxlayıb, polis şöbəsinə aparıb, onların barəsində inzibati protokol tərtib ediblər.
8Mənbələr
-
far.azSevgilisi ilə istirahətə gedən sahibkar sərxoş vəziyyətdə Xankəndidə saxlanıldı ( 21249523)
-
globalinfo.azXankəndidə qəribə olay: iş adamının sevgilisi yerə yıxılıb qışqırdı ( 21249439)
-
demokrat.azSevgilisi ilə istirahətə gedən sahibkar sərxoş vəziyyətdə Xankəndidə saxlanıldı ( 21248866)
-
bizim.mediaSahibkar sevgilisi ilə Xankəndidə saxlanıldı HƏR İKİSİ SƏRXOŞ OLUB ( 21248641)
-
bizim.mediaSahibkar sevgilisi ilə Xankəndidə saxlanıldı – HƏR İKİSİ SƏRXOŞ OLUB ( 21248656)
-
moderator.azSevgilisi ilə istirahətə gedən sahibkar sərxoş vəziyyətdə Xankəndidə saxlanıldı ( 21248485)
-
oxu.azSevgilisi ilə istirahətə gedən sahibkar sərxoş vəziyyətdə Xankəndidə saxlanıldı ( 21247672)
-
oxu.azSevgilisi ilə istirahətə gedən sahibkar sərxoş vəziyyətdə Xankəndidə saxlanıldı ( 21247723)