AZ

Məktəbli formaları anbarda qalıb: Alan yoxdur?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il məktəbli geyimləri bazarında ucuz məhsulların bolluğu valideynlərin seçimində mühüm rol oynayıb.

Bir çox ailə rəsmi istehsalçının məhsullarını almaq əvəzinə büdcəsinə uyğun olan alternativ geyimlərə üstünlük verib.Bu isə illərdir məktəbli formalarının əsas istehsalçısı kimi tanınan “Bakı Tikiş Evi”nin satışlarına hansı təsiri göstərdiyi barədə sualları gündəmə gətirir.

Bəs bu “Bakı Tikiş Evi”ndə məktəbli geyimlərinin satışı necə təsir edib?

“Cebheinfo.az”-a açıqlama verən "Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, hazırda satış çox yaxşı gedir:

“Mağazalarımızda alıcı bolluğu var. Buna şübhə edən hər kəs “Bakı Tikiş Evi”nin mağazalarına yaxınlaşıb reallığı öz gözləri ilə görə bilər. İnsanlar gəlib istədiklərini alır, müştərilərimiz məktəbli formalarının keyfiyyətindən çox məmnundurlar.

Məktəbli geyimlərinin də qiymətlərini ucuzlaşdırmışıq. Satışda olan bütün məktəbli geyimlərimiz keyfiyyətlidir. Hazırda fəaliyyət göstərən mağazalarımızda böyük sıxlıq müşahidə olunur və satışlarımız aktiv şəkildə davam edir”.

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

Məktəbli forması Etibar Əzimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr