AZ

"Könül Dəftərim" sənədli filmi ictimaiyyətətəqdim olundu

7 sentyabr 2025-ci il tarixində Azərbaycanın görkəmli söz adamı, yazıçı və şair İbrahim İlyaslının həyat və yaradıcılığına həsr olunmuş "Könül Dəftərim" adlı sənədli filmin möhtəşəm təqdimat mərasimi baş tutdu.

Tədbirdə ölkənin tanınmış mədəniyyət və sənət nümayəndələri, ictimai xadimlər, media təmsilçiləri və sənətsevərlər iştirak edirdi. Təqdimat mərasimi isti, səmimi və yüksək əhval-ruhiyyə ilə keçdi. Film böyük maraq və alqışlarla qarşılandı, iştirakçılar sənədli filmdə əksini tapan duyğulara, sənətə və şəxsiyyətə olan ehtirama görə minnətdarlıqlarını ürək sözləri ilə bildirdilər.

Tədbir çərçivəsində sənədli filmin ərsəyə gəlməsində mühüm rol oynamış yaradıcı heyət üzvlərinə xüsusi təltiflər təqdim edildi:

Rəxşəndə Daşdəmirova – Layihə rəhbəri və “Ulusum.az” xəbər portalının təsisçisi

Məhəmməd Hətəmov – Filmin rejissoru, "Magamedia" MMC-nin rəhbəri

Könül Hətəmova – Layihələr departamentinin rəhbəri, filmin ssenari və ideya müəllifi sənədli filmin yaradılmasındakı peşəkarlıq, yaradıcı yanaşma və milli mədəniyyətə töhfələrinə görə UASB – Uluslararası Aktivist Sanatçılar Birliyi və ARA – Aktivist Rəssamlar Assosiasiyası tərəfindən fəxri diplom və xüsusi mükafatlarla təltif olundular.

"Könül Dəftərim" sənədli filmi yazıçı və şair İbrahim İlyaslıya həsr olunmuş bədii-sənədli ekran əsəridir. Film müəllifin həyat yolu, ədəbi irsi, insani keyfiyyətləri və cəmiyyətə töhfələrini əks etdirir. Ekran işində sənətkarın şeirləri, çıxışları və yaxınlarının xatirələri vasitəsilə onun zəngin dünyası tamaşaçılara təqdim olunur.

Bu film mədəniyyətin təbliğində yeni bir addım kimi yadda qaldı. 

Təqdimat mədəniyyət və ədəbiyyatımıza verilən dəyərin təcəssümü olmaqla yanaşı, gələcək nəsillərə ədəbi irsin çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. "Könül Dəftərim" sənədli filmi, həm də milli dəyərlərin təbliği və sənətə olan ehtiramın parlaq nümunəsi kimi yadda qaldı.

222222222222222222
Seçilən
51
2
redaktor.az

3Mənbələr