AZ

Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan və Ermənistanın MDB-yə üzvlü ilə bağlı heç bir təhlükə yoxdur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Rusiya rəsmisi iki ölkənin qurumdan çıxacağı ilə bağlı iddiaların heç bir əsasının olmadığını iddia edib:

“Təhlükə kimin tərəfindədir? Kimin üçün və kim tərəfindən? Əslində MDB-yə üzvlük könüllüdür. Mən “təhlükə” sözünün haradan gəldiyini bilmirəm. Bu, dövlətlərin azad birliyidir. Üstəlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, onların MDB-də gələcək iştirakı üçün müsbət amilə çevriləcək”.

Pankin əlavə edib ki, Ermənistan və Azərbaycan birlik çərçivəsində müxtəlif səviyyələrdə qəbul edilən birgə bəyanatlara və sənədlərə müntəzəm qoşulurlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
6
axar.az

8Mənbələr