AZ

Qeyri qanuni qızıl hasilatına görə 19 əcnəbi həbs edildi

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Şərqi Qazaxıstan vilayətində polis 19 əcnəbi və 2 Qazaxıstan vətəndaşını qeyri-qanuni yolla qızıl və digər qiymətli metallar hasil etdiklərinə görə saxlayıb. 

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki , bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarədən verilən məlumata görə, mədən ərazisində ekskavatorlar, buldozerlər və digər texnika aşkar edilərək götürülüb. 

Faktla bağlı cinayət işi açılıb.

Qazaxıstan Daxili İşlər Nazirliyi saxlanılan 19 nəfərin vətəndaşlığı barədə məlumat verməyib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
bakivaxti.az

2Mənbələr