AZ

Mərkəzi Bankdan kritik faiz qərarı: ENDİRİLDİ

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) Pul Siyasəti Komitəsi (MPK) faiz dərəcəsini endirib.

Publika.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankından verilən açıqlamada deyilir:

“Pul Siyasəti Komitəsi siyasət faizi olan bir həftəlik repo hərrac faiz dərəcəsini 43 faizdən 40,5 faizə endirməyə qərar verdi. Komitə həmçinin Mərkəzi Bankın gecəlik borclanma faiz dərəcəsini 46 faizdən 43,5 faizə, gecə borc faiz dərəcəsini isə yüzdə 14 faizdən 40,5 faizə endirdi.

Əsas inflyasiya tendensiyası avqust ayında yavaşladı. İkinci rübdə artım, proqnozları aşsa da, son daxili tələb zəif olaraq qaldı. Son məlumatlar tələb şərtlərinin deinflyasiya səviyyəsində qaldığını göstərir. Ərzaq qiymətləri və yüksək ətalətli xidmətlər inflyasiya üzərində yüksələn təzyiqi davam etdirir. İnflyasiya gözləntiləri, qiymət davranışı və qlobal inkişaflar inflyasiya prosesinə risklər yaratmağa davam edir.

Qiymət sabitliyi əldə olunana qədər saxlanılan sərt pul siyasəti mövqeyi tələb, məzənnə və gözlənti kanalları vasitəsilə deinflyasiya prosesini gücləndirəcək.

Ortamüddətli Proqramda nəzərdə tutulan makroiqtisadi çərçivə bu prosesə öz töhfəsini verəcək. Kredit və depozit bazarlarında gözlənilməz hadisələr baş verərsə, pul köçürmə mexanizmi əlavə makroprudensial tədbirlərlə dəstəklənəcəkdir.

Seçilən
49
publika.az

1Mənbələr