AZ

''Vaşinqton Minsklə əlaqələri normallaşdırmaq istəyir'' - ABŞ nümayəndəsi

ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib ki, ABŞ Belarusla münasibətlərini normallaşdırmaq istəyir.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz Belarus Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərimizi normallaşdırmaq istərdik və bu normallaşma üçün hər şeyi etməyə hazırıq. Bu görüşdə indicə elan etdiyimiz sanksiyaların ləğvi yalnız başlanğıcdır. Və əgər biz əsirlikdə olan digər məhbuslarla bağlı müzakirələrimiz zamanı düzgün qərarlar qəbul etsək, düşünürəm ki, normallaşma yolunda çox şeyə nail ola biləcəyik", - ABŞ nümayəndəsi vurğulayıb.

Seçilən
3
2
operativmm.az

3Mənbələr