Tanınmış iş qadını və model Diana Ahadpourun açıqlaması marağa səbəb olub.
Milli.Az xəbər verir ki, o, kişilər tərəfindən çox sevilməsi səbəbindən danışıb.
"Mən yaxşı ana və dostam. Deyə bilmərəm ki, çox yaxşı həyat yoldaşıyam. Çünki sözə qulaq asan deyiləm, həmişə öz bildiyimi edirəm. Tabe olmağı heç sevmirəm. Bəlkə də, kişilər ona görə məni belə sevir. İndiyənə qədər məni heç kim özünə tabe edə bilməyib. Kişilər belə qadınları sevirlər. Ətrafımda çox tabe olan qadınlar gördüm, amma heç biri mənim qədər sevilmədi.
Ərim "Tərəzi" bürcüdür və çox qərarsızdır. Mən də tam əksinə "Qoç" bürcüyəm, çox qərarlıyam. Əvvəl edirəm, sonra fikirləşirəm. O, isə bir işin etməmişdən öncə min dəfə götür-qoy edir. Bu, məni çox yorur və özümdən çıxardır".
Musa
Milli.Az