Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın nümayəndəsi Con Koul Belaruslideri Aleksandr Lukaşenko ilə görüş zamanı ABŞ hakimiyyətininBelarusda Amerika səfirliyinin fəaliyyətini bərpa etmək istədiyinibildirib.
Trend bu barədəBelarus KİV-ə istinadən xəbər verir.
“Bu (ikitərəfli) münasibətlərin bundan sonra normallaşması, dahada yaxşılaşdırılması və sairə üçün hələ çox işlər görmək olar. Bizsəfirliyimizi Minskə qaytarmaq istəyirik”, - deyə Koulbildirib.