AZ

RİNN: "Elektron kommunikasiya haqqında" qanun layihəsi razılaşdırma prosesindədir

Azərbaycanda “Elektron kommunikasiya haqqında” Qanun layihəsi hazırlanaraq 12 dövlət qurumuna göndərilib.
Bunu"APA-Economics"ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
"Layihə həmin qurumlardan daxil olmuş təkliflər əsasında təkmilləşdirilmiş və hazırda aidiyyəti dövlət orqanları ilə razılaşdırılması prosesi davam etdirilməkdədir", - deyə R.Bayramov əlavə edib.
Qeyd edək ki, yeni qanunda Azərbaycanda internet sürəti və internet tariflərinə nəzarət, telekommunikasiya sahəsində sahibkarlara dəstək verilməsi kimi məsələlərin də yer alacağı gözlənilir.
Seçilən
75
4
sherg.az

5Mənbələr