AZ

27 yaşlı gözəllik kraliçası dəhşətli qəzada öldü

Ekvadorda faciəvi hadisə baş verib. El-Empalme şəhərinin keçmiş gözəllik kraliçası olan 27 yaşlı Şamel Alexandra Alava Zambrano yol qəzasında dünyasını dəyişib.

Far.Az xəbər verir ki, bu barədə "Blu Radio" məlumat yayıb.

Qəza iki avtomobilin toqquşması nəticəsində baş verib. Zambrano və həyat yoldaşı qəza anında avtomobildə olub.

İlkin məlumatlara görə, altı nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, keçmiş gözəllik kraliçasının həyatını xilas etmək mümkün olmayıb.

Şamel Zambrano 2015-ci ildə gözəllik kraliçası titulunu qazanmış və doğma şəhərində böyük populyarlıq qazanmışdı. O, 2024-cü ilin dekabrında Qonsalo Kantos ilə ailə qurmuşdu.

Yaxınlarının sözlərinə görə, Zambrano ictimai fəaliyyətlə məşğul olur, çox səyahət edir və bir gün El-Empalme bələdiyyəsinə rəhbərlik etməyi arzulayırdı.

Ölümcül qəzanın səbəbləri hələlik məlum deyil. Yerli hakimiyyət hadisənin bütün detalları ilə bağlı araşdırma başladıb.

Seçilən
31
39
far.az

10Mənbələr