AZ

Milli Məclisin deputatı Səbinə Xasayeva seçiciləri ilə görüşüb

Milli Məclisin  deputatı Səbinə Xasayeva  sentyabrın 11-də Binəqədi rayonunun 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında seçicilərlə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.   

Görüşdə  Binəqədi rayon icra hakimiyyəti  başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Araz Şiralıyev iştirak edib.

Seçilən
23
3
ikisahil.az

4Mənbələr