AZ

QHT sədri: “Saxta orden və medallar yalnız Prezidentin səlahiyyətindədir”

Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb. Bildirilib ki, bəzi QHT-lərin qanunla qadağan olunmuş şəkildə fərdi şəxsləri saxta orden və medallarla təltif etməsi barədə məlumatlar yayılmaqdadır.

QHT.az xəbər verir ki, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev bildirib ki, şəxsi maraqlardan çıxış edərək dövlət simvolları üzərindən müxtəlif “medal və orden” icad edənlər bunun məsuliyyətini daşımalıdır:

“"Təltif" edilənlərin, müəyyən ödənişlər edib bu medalları alanların siyahıları həmin təşkilatlarda mövcuddur. Hamı siyahı üzrə qaytarılmalı və məhv edilməlidir. Orden və medalların verilməsi yalnız cənab Prezidentin səlahiyyətidir”.

Qeyd edək ki, bəyanatda vurğulanır ki, qanunsuz təltiflər həm ictimai etimadı sarsıdır, həm də hüquqi nəticələrə səbəb olur.

 

Pərvanə Fərhadqızı

Seçilən
99
qht.az

1Mənbələr