AZ

Nazir: Son zəng uşaqların həyatında bir dəfə olur, istədikləri kimi keçirməlidirlər

BAKI, 11 sentyabr. TELEQRAF

Ötən tədris ilində özüm Son zəng tədbirində iştirak etdim, darıxdırıcı idi.

Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində jurnalstərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, neqativ hallar hər zaman olur, bir nəfərin səhvinə görə ümumi cəza vermək düzgün deyil.

"Son zəng uşaqların həyatında bir dəfə olur, onu istədikləri kimi keçirməlidirlər. Amma qanun pozuntusuna yol verilməməlidir. Cəza səhv edən şəxsə verilməlidir. Baş verənlər bəzilərinə görə yaxşı, bəzilərinə görə pisdir. Biz məktəblərə qaydalara əmək etmək üçün məktub göndəririk. İlk zəng üçün də bunu edəcəyik”, - nazir əlavə edib.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr