AZ

Valideyn seçəcək: övladını məktəbli avtobusu ilə aparacaq, yoxsa yox

“Valideyn övladını məktəbli avtobusu ilə aparıb-aparmayacağına özü qərar verəcək”.

Tribunainfo.az  xəbər verir ki, bunu media üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, layihə hazırda pilot mərhələdədir və qanunvericilik istiqamətində üzərində işlər aparılır:

“Gələcəkdə məktəbli avtobuslarının sayının artırılması və daha çox məktəbin əhatə olunması nəzərdə tutulur”.

Emin Əmrullayev əlavə edib ki, bu avtobusların əsas məqsədi şəhərdə avtomobillərin sayını azaltmaq və uşaqların məktəbə daha rahat və tez çatmasını təmin etməkdir.

Seçilən
2
2
tribunainfo.az

3Mənbələr