AZ

İngilis dili bölmələrinin dövlət hesabına açılması müzakirə olunmur

Azərbaycanda dövlət büdcəsi hesabına ingilis dilində tədris aparılan siniflərin və ya məktəblərin açılması məsələsi gündəmdə deyil. Bunu elm və təhsil naziri Emin Əmrullayev anews.az-ın sualını cavablandırarkən bildirib.

“Hansısa ölkə ilə münasibətlərin sıx olması həmin ölkənin dilində məktəb və ya siniflərin açılmasını zəruri etmir. Bu yanaşmanı doğru hesab etmirəm,” –  nazir vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda ingilis dilində təhsil almaq istəyənlər üçün kifayət qədər özəl məktəb mövcuddur və bu imkanlardan istifadə etmək valideynlərin seçimidir.

Emin Əmrullayev, həmçinin rus dilində tədrisin mövcudluğunu tarixi amillərlə izah edərək, onun ölkənin keçmişi ilə bağlı olduğunu bildirib.

“Rus bölmələrinin mövcudluğu Azərbaycanın keçmişi və tarixi ilə bağlıdır. Bu, fərqli bir kontekstdə dəyərləndirilməlidir", - nazir bildirib. 

Gülnar Nazimqızı

Seçilən
5
anews.az

1Mənbələr