AZ

Çarli Kirkin qətli ABŞ Konqresini parçalayıb

AzVision.az xəbər verir ki, ABŞ Konqresinin üzvlərinin çıxışlarını təhlil edən “Politico” nəşri belə qənaətə gəlib.

Nəşrin yazdığına görə, konqresmenlər qətl xəbərinə təşvişlə reaksiya verdilər, lakin tezliklə, respublikaçılar və demokratların nümayəndələrinin fikrincə, nəzarətdən çıxmış vəziyyətdə bir-birini kəskin tənqid etməyə keçdilər.

İclas zamanı bir dəqiqəlik sükutdan sonra Kolorado ştatından olan respublikaçı lonqresmen Loren Bobert“Sakit dualar sakit nəticələr verir” ifadəsini qışqırıb.

Trampın silahdaşı öldürülüb | VİDEO
Demokratlar xanım Bobertə elə həmin gün öz ştatında məktəbdə baş verən atışmanı xatırladıblar. Florida ştatından respublikaçı Anna Paulina Luna Loren Boberti müdafiəsinə qalxaraq onun əleyhdarlarını qətlə reaksiyalarına görə tənqid edib.

Nəticədə bir neçə dəqiqə əvvəl atışmanı pisləyən Luiziana ştatından olan konqresmen, Nümayəndələr Palatasının spikeri Mayk Conson həmkarlarını xaosu dayandırmağa və qarşılıqlı ittihamları dayandırmağa çağırmaq məcburiyyətində qalıb.

“Kirkin öldürülməsinə ümummilli miqyasda qəzəbli reaksiya Vaşinqtonda, o cümlədən qanunvericilərin özləri arasında dərin qütbləşməni tam şəkildə nümayiş etdirir. Onlar bu məsələdə özlərinin nə qədər həssas olduqlarını sərgiləyirlər. Bəzi demokratlar qətli“Amerikanın öz yolunu azdığının sübutu” adlandırıb və silahlara daha ciddi nəzarətin vacibliyini vurğulayıblar”,- qəzet yazır.

Nümayəndələr Palatasının spikeri Mayk Conson qeyd edib ki, bir çox konqresmen faciədən sonra təhlükəsizlik tədbirlərinin artırılmasına çağırıb.


Amerikanın “Time” jurnalı, öz növbəsində, üz qabığını fəalın xatirəsinə həsr edib. Fotoda Kirk Orem universitetində çıxışı zamanı əks olunub və fotonun altında böyük şriftlə“Bəsdir” yazılıb.

- Kirkin qətli təkcə faciə deyil, həm də Amerika cəmiyyətini daha da radikallaşdıran hadisə katalizator ola bilər. Bu fenomen aberrasiya deyil, getdikcə daha çox gərginləşən milli siyasətin narahatedici xüsusiyyətidir”, - jurnalda dərc olunan məqalədə vurğulanır.

Kirkin öldürüldüyü Oremdəki universitetin sentyabrın 15-dək bağlı qalacağı bildirilir.

Kirk Yuta vadisindəki universitetdə çıxış edərkən güllələnib. Boynundan güllə yarası alan Kirk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra silahdaşının öldüyünü elan edən barədə açqılama verən ABŞ prezidenti Donald Tramp dövlət bayraqlarının yarıya qədər endirilməsi əmrini verib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
9
azvision.az

1Mənbələr