AZ

ABŞ Konqresi Ukraynaya daha $400 milyon yardım ayırıb

ABŞ Nümayəndələr Palatası Pentaqonun Ukraynaya təhlükəsizlik sahəsində yardım göstərilməsi təşəbbüsü çərçivəsində 400 milyon dollar ayırmağı təsdiqləyib, bu barədə “The New York Times” məlumat verib. Eyni zamanda konqresmenlər maliyyənin azaldılmasını tələb edən respublikaçı Marjori Teylor Qrinin təklifini rədd ediblər.

Bu vəsait 1 oktyabrda başlayacaq 2026 maliyyə ili üçün ABŞ hərbi xərcləri layihəsində nəzərdə tutulub. Sənədə həmçinin Pentaqonun Ukraynaya hərbi yardımın dayandırılması və ya ləğvi planları barədə ABŞ Konqresini xəbərdar etməsi tələbi əlavə edilib. NYT xatırladır ki, yayda Pentaqon bu prosesi konqresmenləri xəbərdar etmədən dayandırmışdı.

Eyni qanun layihəsinin Senatdakı versiyası da müzakirə olunur. O qəbul edildikdən sonra yekun sənəd xüsusi komissiyada dəqiqləşdiriləcək. ABŞ prezidenti Donald Tramp hərbi xərclərə dair son qərarı təsdiqləməlidir.

Rusiya öz növbəsində Ukraynaya hərbi yardım göndərilməsinin əleyhinə çıxır. Prezident Vladimir Putin dəfələrlə bildirib ki, Qərb ölkələri Kiyevə silah tədarük etməklə döyüş əməliyyatlarını uzadırlar.

Seçilən
55
banker.az

1Mənbələr