AZ

Nazir son illərdə tikilən məktəblərin sayını açıqlayıb

Azərbaycanda son illərdə ümumi təhsil sahəsində 600-ə yaxın yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub, qəzalı məktəblərin sayı isə iki dəfədən çox azalaraq 400-ə enib. Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev məlumat verib.

Nazirin açıqlamasına görə, ötən il 147 məktəbdə rasionallaşdırma tədbirləri həyata keçirilib, yeni tədris ilində isə əlavə 113 müəssisə ilə bağlı qərar qəbul olunacaq.

Nazir bildirib ki, 312 məktəbdə metodik dəstək xidməti fəaliyyətə başlayacaq. 

Bundan başqa, tam orta təhsil səviyyəsində 14 məktəbdə (1,238 şagird) yeni təmayül tədris modeli pilot olaraq tətbiq ediləcək.

Ötən tədris ilində aparılan monitorinqlərin nəticələrinə əsasən, 28 məktəb direktorunun fəaliyyətinə xitam verilib.

Nazir vurğulayıb ki, görülən tədbirlər təhsil müəssisələrinin idarəetməsinin təkmilləşdirilməsi və keyfiyyət göstəricilərinin artırılmasına yönəlib.

Gülnar Nazimqızı

Seçilən
3
1
anews.az

2Mənbələr