AZ

Rubl zəifləyir: Rusiya valyutası görün hansı səviyyəyə düşəcək

Rubl ilin sonuna qədər dollar qarşısında 90-95 səviyyəsinə qədər zəifləyə bilər.

Publika.az xəbər verir ki, bu barədə “VELES Kapital”ın baş investisiya məsləhətçisi Dmitri Sergeyev açıqlama verib.

Onun sözlərinə görə, rublun dəyər itirməsinə əsas səbəblər ixrac gəlirlərinin məcburi satılmasının ləğvi, büdcə kəsirinin artması və enerji resurslarından gəlirlərin azalmasıdır.

Ekspert əlavə edib ki, sanksiyalar, nəqliyyat xərclərinin yüksəlməsi və faiz dərəcələrinin aşağı salınacağına dair gözləntilər də milli valyutaya təzyiq göstərir.

Seçilən
24
publika.az

1Mənbələr