AZ

Su qıtlığının qarşısını almaq mümkün deyil

Su

Su qıtlığı ilə bağlı risklərin tam qarşısını almaq mümkün deyil, amma adaptasiya planlarının hazırlanması və bu şəraitə hazırlaşmaq Azərbaycan üçün də vacibdir.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Azərbaycanda buzlaqların əriməsi və qar ehtiyatlarının azalması prosesi davam edir: "Bu, Azərbaycanla yanaşı bütün dünyaya təsir edən prosesdir. Hər il Böyük Qafqaz və xüsusilə Kiçik Qafqaz dağlarına təşkil olunan ekspedisiyalar bu gedişatı təsdiqləyir. Dağlarımızda qar ehtiyatları ilbəil azalır, buzlaqlar isə əriməyə məruz qalır. Təəssüf ki, bu proses bütün dünyada müşahidə olunur. Əsas səbəb iqlim dəyişikliyi və orta temperaturun artmasıdır, digər səbəb isə yağıntıların qeyri-bərabər bölüşdürülməsi və intensivliyidir. Nəticədə su ehtiyatları azalır, daşqınlar, sel və digər hidrometeoroloji hadisələr daha çox baş verir".


M. Babayev

M. Babayev bildirib ki, su problemlərinin həlli və adaptasiya tədbirləri həm dövlətlərin, həm də beynəlxalq təşkilatların da aktiv iştirakı ilə mümkündür:

"Artıq illərdir ki, Azərbaycan beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birlikdə bu məsələləri müzakirə edir, müxtəlif su layihələri həyata keçirir. Lakin narahatlıq doğuran məqam ondan ibarətdir ki, dünyada suya tələbat artır. Ölkələr artıq şərti olaraq üç qrupa bölünür: su ehtiyatı bol olan, ehtiyaclarını nisbətən ödəyə bilən və su qıtlığı ilə üzləşən ölkələr. Təəssüf ki, su qıtlığı riski ilə üzləşən ölkələrin siyahısı hər il genişlənir və Azərbaycan da bu siyahıda yer alır".(Report)
Seçilən
15
10
reyting.az

10Mənbələr