AZ

Emin Ağalarov Moskvadakı Ticarət Mərkəzlərində gəsliyyət göstərən şəbəkə restoranlarını bağlayır

Forte Bello, Zafferano və Эдоко restoranları artıq fəaliyyət göstərmir; Agalarov Development şirkəti müstəqil layihələrə diqqətini artırmağı planlaşdırır...

Poliqon xəbər verir ki, Emin Ağalarovun Moskvadakı “Aviapark” ticarət mərkəzində fəaliyyət göstərən  restoranları — Forte Bello, Zafferano və Эдоко bağlanıb. "Agalarov Development"in nümayəndələri bildiriblər ki, şirkət bundan sonra ticarət mərkəzlərində yerləşən şəbəkə restoranlarından imtina edərək, yalnız müstəqil və özəl layihələrə fokuslanacaq.

Məlumata görə, bu qərar, şirkətin strateji inkişaf planının bir hissəsi kimi, daha sərbəst və yaradıcı restoran konseptlərini həyata keçirmək məqsədini daşıyır. Həmçinin, nümayəndələr qeyd ediblər ki, "Agalarov Development" artıq yeni, müstəqil qastronomik layihələrin hazırlanması üzərində çalışır və yaxın gələcəkdə onların açılışı gözlənilir.

Poliqon.info

Seçilən
34
1
poliqon.info

2Mənbələr