ABŞ-də tanınmış mühafizəkar fəal Çarli Kirk və ukraynalı qaçqın İrina Zarutskaya öldürülüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ağ Ev bu cinayətlərə görə ABŞ Demokrat Partiyasını və onların tərəfdarlarını günahlandırıb.
Həmçinin, son aylarda baş verən digər səs-küylü cinayətlər də sadalanıb və Demokratların buna ciddi reaksiya vermədiyi tənqid olunub.
Qeyd edək ki, Donald Tramp Çarli Kirkin ölümünü təsdiqləyib və ailəsinə başsağlığı verib. KİV-ə görə, Kirk Yuta ştatında universitetdə çıxış edərkən güllələnib və aldığı yaralardan xəstəxanada keçinib.