AZ

"Benfika" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının səfərdə "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, görüş Şimali İrlandiyadan olan FİFA referisi Ceymi Robinsona həvalə edilib.

Ona Adam Ceffri və Brayan Uilson kömək edəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

İdman.biz

Seçilən
15
18
idman.biz

10Mənbələr